Prezident İlham Əliyev “Diqlas” ticarət mərkəzindəki yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında sərəncam imzalayıb.

2019-cu ilin mart ayının 26-da Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəyib.

Dövlətimizin başçısı baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Nazirlər Kabinetinə “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiya yaratmağı, görülmüş işlər haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verməyi tapşırıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.Trend.az

  DİGƏR XƏBƏRLƏR