Qıza yazığı gəldi, oğurladığı pulu qaytardı – VİDEO

Çində oğru qızın bank kartında vəsaitin qalmadığını görərək, oğurladığı pulu ona qaytarıb.

Hadisənin müşahidə kamerasına düşmüş görüntüsünü “Shanghaiist” informasiya portalı yayıb.

Kadrlarda qızın Qandun əyalətinin Xeyuan şəhərində bankomat qarşısında dayanaraq, kartından pul çıxardığını görmək olur. Naməlum şəxs əlində bıçaq ona yaxınlaşaraq, pulları verməsini tələb edib. Ölüm təhlükəsi ilə üz-üzə qalan qız oğruya 2500 yuanı verməli olub.

Oğru bununla kifayətlənməyərək, onun kartından daha çox pul çıxarmasını istəyib. O isə ekranı göstərərək, hesabında vəsaitin qalmadığını bildirib. Oğru gözlənilmədən pulları ona qaytararaq  gülümsəyib və hadisə yerini tərk edib.

Ancaq oğrunun “alicənab jest”i onu məsuliyyətdən azad etməyib. Polis tezliklə onu həbs edib.oxu.az

  DİGƏR XƏBƏRLƏR