Sabah Bakıda tütünçəkməyə etiraz olaraq fleşmob keçiriləcək

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tütünçəkmə əleyhinə “Həyatınızı külə yox, gülə çevirin!” adlı aksiya keçirəcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, tütünçəkmə ilə mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədi ilə sabah saat 17.00-18.00-da Fəvvarələr meydanında “Həyatınızı külə yox, gülə çevirin!” adlı aksiya olacaq.

Aksiya çərçivəsində Azərbaycan Tibb Universitetinin tələbələrinin ifasında tütün əleyhinə fleşmob keçiriləcək.

İSİM və ATU könüllülərinin sakinlərə əlində gül ilə yaxınlaşaraq tütünçəkmənin zərərlərini izah etməsi və “Həyatınızı külə yox, gülə çevirin!” tövsiyəsi ilə onlara çiçək bağışlaması, eyni zamanda əhaliyə İSİM tərəfindən hazırlanmış maarifləndirici çap materiallarının paylanılması nəzərdə tutulur.

  DİGƏR XƏBƏRLƏR