Şeremetyevo aeroportunda təyyarə qəza törətdi

Moskvanın Şeremetyevo aeroportunda yük təyyarəsi qəza törədib.

Trend-in məlumatına görə, “Boeing 747” təyyarəsi yerdə hərəkətdə olarkən qanadı ilə elektrik dirəyini zədələyib.

Aeroportdan bildiriblər ki, dayanacağa doğru hərəkət edən təyyarənin dirəyə çırpılması ciddi fəsadlara yol açmayıb, problem dərhal həll edilib.

Hazırda yük təyyarəsinin konkret hansı şirkətə mənsub olduğu və hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

  DİGƏR XƏBƏRLƏR