Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bolqarıstanın müdafiə naziri ilə görüşüb (FOTO)

Martın 13-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla Bolqarıstan Baş nazirinin İctimai Asayiş və Təhlükəsizlik üzrə müavini – müdafiə naziri Krasimir Karakaçanov arasında görüş keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tərəflər regional təhlükəsizlik problemləri, eləcə də maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.

Görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafının vacibliyi qeyd edilib və onun genişləndirilməsi istiqamətləri müzakirə olunub.


  DİGƏR XƏBƏRLƏR