Silahlılar Latakiya və İdlibdə yaşayış məntəqələrini atəşə tutublar

Ötən sutka ərzində Suriyanın İdlib deeskalasiya zonasının 7 yerində atəşkəs rejimi pozulub.

Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.

V.Kupçişin deyib: “İdlib deeskalasiya zonasında müəyyən edilmiş atəşkəs rejiminin qanunsuz silahlı birləşmələr tərəfindən pozulması halları qeydə alınır. Sutka ərzində silahlılar Latakiya və İdlib əyalətinin yaşayış məntəqələrini atəşə tutublar”.

General-mayorun sözlərinə görə, ötən sutka ərzində düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin əməkdaşları Deyr-əz-Zor əyalətinin Xatla yaşayış məntəqəsində humanitar aksiya həyata keçiriblər.

  DİGƏR XƏBƏRLƏR