Türkiyənin iki vilayətində qar dərsləri saxladı

Türkiyənin şərqindəki Bitlis və Van vilayətlərində güclü qar yağması ilə əlaqədar tədris müəssisələrində dərslər dayandırılıb.

Trend-in məlumatına görə, bəzi bölgələrdə qar örtüyü 2 metrədək çatıb.

Dərslərin nə zaman bərpa olunacağı barədə məlumat verilmir.

Güclü qarın bu gün də davam edəcəyi proqnozlaşdırılıb.

  DİGƏR XƏBƏRLƏR