UEFA Avropa Liqasının 1/4 finalçıları məlum oldu

UEFA Avropa Liqasının 1/4 finalçıları məlum olub.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən məlumatına görə, 1/4 final mərhələsinə İngiltərənin “Çelsi”, “Arsenal”, İtaliyanın “Napoli”, İspaniyanın “Valensiya”, “Vilyareal”, Portuqaliyanın “Benfika”, Almaniyanın “Ayntraxt”, Çexiyanın “Slaviya Praqa” klubları vəsiqə qazanıblar.

1/8 final mərhələsinin cavab oyunlarının nəticələri:

“Dinamo Kiyev” – 0:5 – “Çelsi” (ilk oyun – 0:3)

“Zaltsburq” – 3:1 – “Napoli” (ilk oyun – 0:3)

“Krasnodar” 1:1 – “Valensiya” (ilk oyun – 1:2)

“Arsenal” – 3:0 – “Renn” (ilk oyun – 1:3)

“Benfika” – 3:0 – “Dinamo Zaqreb” (ilk oyun – 0:1)

“Vilyareal” – 2:1 – “Zenit” (ilk oyun – 3:1)

“İnter” – 0:1 – “Ayntraxt” (ilk oyun – 0:0)

“Slaviya Praqa” – 4:3 – “Sevilya” (ilk oyun – 2:2)

  DİGƏR XƏBƏRLƏR