Yay fəsli yox, heç yaz belə gəlməyib -İndidən çayda çimirlər – VİDEO

Mart ayında havaların günəşli olmasını füsət bilən mingəçevirli yeniyetmələr kür çayında üzməyə başlayıblar. Suyun soyuq olması, onların əyləncələrinə mane olmur.

Yay fəsli yox, heç yaz belə gəlməyib. Amma bu uşaqlar çimərlik mövsümünü özləri üçün açıq elan ediblər.

Görüntülər Mingəçevirdəndir.Bir neçə dost birləşərək havalar isinən kimi üz tuturlar Kür çayına. Suyun tempuraturu onları üşütməsə də, əslində bu fəsldə çimməyi hərkəs bacarmır. Mart ayında günəşli günlərin sayı çox olduğundan yeniyetmələr çaya baş vurmağı elə bu aydan başlayıblar.

Şəhər sakinləri idmanla da məşğul olduqlarını deyirlər. Elə bu səbəbdən bu vaxtı çimmək onlar üçün o qədərdə çətinlik yaratmır.

Kür çayında çimənlərlə yanaşıqayıqla, kiçik gəmilərlə gəzintiyə çıxanlarada az deyil.

  DİGƏR XƏBƏRLƏR