Yel çərşənbəsində qalanan Novruz tonqallarından 9 nəfər yanıb

Martın 12-də Bakıda 9 nəfər Yel çərşənbəsi günü ilə əlaqədar qalanan tonqaldan yanıq xəsarətləri alıb.

Səhiyyə Nazirliyindən özəl olaraq Trend-ə verilən məlumata görə, həmin şəxslər Respublika Yanıq Mərkəzinə gətiriliblər.

İlkin tibbi yardım göstərildikdən sonra həmin şəxslər evə buraxılıblar.

Zərərçəkənlərin xəsarətləri ağır olmayıb.

  DİGƏR XƏBƏRLƏR