Yolun kənarında dayanan gənc qadını avtomobilinə aldı və… – VİDEO

Adanada bir nəfər cib telefonunu oğurladığını iddia etdiyi qadının arxasınca qaçarkən avtobusun vurmağı nəticəsində həyatını itirib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddiaya görə, İ.H. Tarsus-Adana-Gaziantep yolunda ona əl edən gənc qadını öz maşına alıb.

İ.G. adlı qadın sürücünün diqqətini yayındıraraq mobil telefonu, pulunu oğurlayıb yolun qarşı tərəfinə qaçıb.

Sürücü qadının arxasınca qaçarkən hərəkətdə olan avtobusun altına düşüb.

Təcili yardım gəlsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Avtobus sürücüsü Muhammet E. və oğru qadın İ.G. polis bölməsinə aparılıb.

  DİGƏR XƏBƏRLƏR