Zəlzələ Yaponiyanı elə “silkələdi” ki, əksər ərazilərdə də hiss olundu

Yaponiyada güclü zəlzələ baş verib.

Trend-in məlumatına görə, Yaponiya Baş Meteoroloji İdarəsi təkanların 5,2 bal gücündə olması barədə məlumat verib.

Məlumata görə, zəlzələ Vakayama prefekturasında Ki körfəzi sahillərində qeydə alınıb.

Zəlzələnin 50 metr dərinlikdə baş verdiyi bildirilir. Məlumata görə, təkanlar Yaponiyanın 47 prefekturasının 22-ində hiss olunub.

  DİGƏR XƏBƏRLƏR