Alçanın kiloqramı 100 dollara satılır – İranda

“İranın paytaxtı Tehranın şimalında 1 kq alça 4 milyon riala (təxminən 95,2 dollar) satılır”.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən xəbər verir ki, bunu Tehran Meyvə və Göyərti Satıcıları Birliyinin sədri Əsədulla Kargər deyib.

 Ə.Kargərin sözlərinə görə, hazırda alça üçün qiymət 2-4 milyon rial (təxminən 47,6-95,2 dollar) təklif olunur.

Birlik sədri əlavə edib ki, bu qiymət əsla məntiqəuyğun deyil.

  DİGƏR XƏBƏRLƏR