AvroLiqada 1/4 finalın ilk oyunları keçirildi – NƏTİCƏLƏR

Ötən gecə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Modern.az xəbər verir ki, London “Arsenal”ı evdə “Napoli” ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

İspaniyada bu ölkənin iki təmsilçisi – “Vilyarreal”la “Valensiya” üz-üzə gəlib. Bu matçda “Vilyarreal” 1:3 hesabı ilə uduzub.

“Çelsi” Çexiyada “Slaviya”nın qonağı olub və minimal hesabla qalib gəlib – 1:0.

“Benfika” isə səfərdə “Ayntraxt”dan üstün olub – 4:2.

Qeyd edək ki, cavab oyunları aprelin 18-də keçiriləcək.

 

Avropa Liqası

1/4 final, ilk oyunlar

11 aprel

“Arsenal” (İngiltərə) – “Napoli” (İtaliya) – 2:0

“Slaviya” (Çexiya) – “Çelsi” (İngiltərə)   – 0:1

“Vilyarreal” (İspaniya) – “Valensiya” (İspaniya)  – 1:3

“Benfika” (Portuqaliya) – “Ayntraxt” (Almaniya) – 4:2

  DİGƏR XƏBƏRLƏR