AXA MBASK fəaliyyətini dayandırdı

AXA MBASK Sığorta Şirkəti ASC fəaliyyətini dayandırır.

Modern.az xəbər verir ki, AXA MBASK Sığorta Şirkətindən verilən məlumata görə, AXA-nın Azərbaycandakı qeyri-həyat sığorta şirkətinin (AXA MBASK Sığorta Şirkəti ASC) satılması barədə Elxan Qəribli ilə bağlandığı 21 may 2018-ci il tarixdə elan edilən niyyət sazişi qüvvədən düşüb.

AXA MBASK Sığorta Şirkəti hazırda yeni sığorta işləri yazmağı dayandırıb və bundan sonra Azərbaycandakı mövcud müştərilərin maraqlarını ən yüksək səviyyədə təmin etmək şərti ilə mümkün olan müddətdə Azərbaycandakı fəaliyyətinə xitam vermək məqsədilə yalnız mövcud portfeli idarə edəcək.

  DİGƏR XƏBƏRLƏR