Azərbaycanda iş adamı İNTİHAR ETDİ

Bərdə rayonunda intihar hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində, rayon icra hakimiyyətinin yaxınlığında qeydə alınıb.

Rayon sakini, 32 yaşlı Tofiq İsgəndərov özünü evinin həyətində yerləşən çardaqdan asaraq intihar edib. İntiharın baş vermə səbəbi bilinmir.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən “Araz” marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəsisi Billurə Əmirova hadisənin şəxsi zəmində baş verdiyinin ehtimal edildiyini bildirib:

“Hadisənin səbəbləri hələlik tam məlum deyil. Ehtimal edilir ki, hadisə şəxsi zəmində baş verib. Hazırda hüquq mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır, hadisənin əsl səbəbləri araşdırmadan sonra məlum olacaqdır.

Qeyd edək ki, 1988-cı il təvəllüdlü, Bərdə rayon sakini İsgəndərov Tofiq İlham oğlu 2015 -cı ildən Araz Supermarketlər Şəbəkəsində çalışırdı”.

Faktla bağlı araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR