Bakıda itkin düşən azyaşlı tapılaraq sığınacağa yerləşdirilib

Bakıda itkin düşmüş azyaşlı qız polis əməkdaşları tərəfindən aşkarlanıb.

Trend-in məlumatına görə, ötən gün Nəsimi rayonu 3-cü mikrorayon ərazisində itkin düşmüş uşağa polis əməkdaşları yardım edərək onu Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə təhvil veriblər.

Mərkəzdən verilən məlumata görə, Məryəm adlı uşağın 6 yaşı var.

Azyaşlının dilənçiliyə cəlb edilməsi versiyası istisna edilmir.

  DİGƏR XƏBƏRLƏR