Berat Albayrak Donald Trampla S-400-dən danışıb

Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşüb.

ONA-nın Türkiyə bürosunun xəbərinə görə, görüşlə əlaqədar açıqlama verən Albayrak Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mesajlarını Trampa çatdırdığını deyib.

Nazir Trampla S-400 mövzusunda da danışdıqlarını ifadə edib: “Tramp S-400 ilə əlaqəli prosesləri çox məqbul bir şəkildə dinlədi”.

Berat Albayrak Xarici iqtisadi münasibətlər heyəti (DEİK) nəzdindəki Türkiyə-ABŞ İş Şurası və Amerika-Türkiyə Şurasının 37-ci illik ortaq konfransından öncə qəzetçilərlə görüşüb. Nazir Türkiyənin ABŞ-la ticarət dövriyyəsinin həcminin 75 milyard dolara çıxarılacağını söyləyib: “Ağ Evdəki, Xəzinə və Ticarət Nazirliyindəki həmkarlarımızla danışdıq. Söhbət 20 milyard dollarlıq ticarət dövriyyəsinin həcminin təxminən 75 milyard dollara qədər artırılması haqqında oldu. Əvvəlcə dar çərçivədə toplantımız oldu. Sonra ABŞ prezidenti bizi qəbul etdi. Cümhurbaşqanımızın bəzi mesajları vardı, onu Trampın özünə çatdırdıq. Çox müsbət, pozitiv bir görüşmə oldu”.

  DİGƏR XƏBƏRLƏR