Braziliya Cənubi Amerika Millətlər İttifaqını tərk edib

Braziliya Cənubi Amerika Millətlər İttifaqının (UNASUR) tərkibindən çıxıb.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən xəbər verir ki, bu barədə qərar aprelin 15-i qəbul edilib və Ekvador hökümətinə bildirilib.

Xatırladaq ki, UNASUR-dan daha əvvəl Argentina, Kolumbiya, Ekvador, Paraqvay və Peru çıxıblar. Braziliya və Çili üzvlüklərini dayandırıblar. Cənubi Amerika dövlətlərinin regional siyasi və iqtisadi birliyi kimi 2008-ci ildə yaradılan UNASUR-un tərkibində Boliviya, Venesuela, Uruqvay, Surinam və Qayana qalır.

Mart ayında Argentina, Braziliya, Kolumbiya, Paraqvay, Peru, Çili və Ekvador prezidentləri yeni regional blokun – Cənubi Amerikanın inkişafı üçün Forumun (PROSUR) yaradılması barədə saziş imzalayıblar.

  DİGƏR XƏBƏRLƏR