Dünya fond bazarlarında əsas indeks göstəriciləri

Aprelin 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,10% – 26 384,77 bəndədək , S&P 500 0,06% – 2 905,58 bəndədək, Nasdaq isə 0,10% – 7 976,01 bəndədək enib.

ONA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 15-də FTSE 100 indeksi dəyişməyərək– 7 976,01 bənd olub , Fransa CAC-40 0,11% – 5 508,73 bəndədək, Almaniya DAX-ı isə 0,17% – 12 020,28 bəndədək artıb.

Aprelin 15-də COMEX-də  hərraclarda qızılın unsiyasının qiyməti 3,1 dollar azalaraq 1 292,1 dollar təşkil edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,03% azalaraq 1,1306 dollar təşkil edib.

  DİGƏR XƏBƏRLƏR