Malinin baş naziri və hökuməti istefa verib

Malinin prezidenti İbrahim Bubakar Keyta ölkənin baş naziri Sumeylu Bubey Maiqanın və onun hökumətinin istefasının qəbul edib.

Trend-in məlumatına görə, Sumeylu Bubey Maiqa prezidentə ünvanladığı 18 aprel 2019-cu il tarixli məktubda özünün və hökumətinin üzvlərinin istefası barədə bəyanatı konstitusiyanın 38-ci maddəsinə uyğul olaraq təqdim edib.

Maddə baş nazirin və onun hökumətinin istefasını prezident tərəfindən qəbul edildiyini və yeni baş nazirin təyin olunmasını nəzərdə tutur.

Ölkə prezidenti baş nazir və onun hökumətinə görülən işlərə görə təşəkkürünü bildirib.

  DİGƏR XƏBƏRLƏR