Nazir: “Diqlas”da yanğından zərər çəkməmiş malların inventarlaşdırılması başlayacaq

Aprelin 6-dan “Diqlas” ticarət mərkəzinin yanğından zərər çəkməmiş anbarlarında malların inventarlaşdırılması başlayacaq.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev yanğından zərər çəkmiş sahibkarlarla görüşü zamanı deyib.

Ş.Mustafayev bildirib ki, inventarlaşdırılmadan sonra sahibkarlara ödəniləcək ziyanın məbləği müəyyən ediləcək.

Nazir daha sonra əlavə edib ki, ticarət mərkəzinin binasının bərpası mümkün deyil:

“Ticarət mərkəzinin yerində yenisi tikiləcək ya yox, bu, artıq ticarət mərkəzinin sahiblərindən asılıdır”.

  DİGƏR XƏBƏRLƏR