Neftçilәr Xәstәxanasına yeni baş direktor təyin olundu

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş direktor təyin edilib.

Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı əmrə əsasən, bu vəzifəyə Nadir Mehdiyev təyinat alıb.

O, xəstəxanada baş direktorun müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında Mirzəyev Ülvi Əhəd oğlu Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsinə təyin edilmişdi. Keçmiş baş direktor öz ərizəsi ilə işindən azad edilib.(oxu.az)

  DİGƏR XƏBƏRLƏR