Notr-Dam kilsəsində məskunlaşan arılar yanğından ziyan çəkməyiblər

Notr-Dam kilsəsində məskunlaşan təxminən 200 min arı yanğından sonra sağ qalıb.

AZƏRTAC “The Guardian” qəzetinə istinadla xəbər verir ki, alov kilsənin aşağı mərtəbəsinin damında, yanğının başlandığı hissənin 30 metr yaxınlığında yerləşən arı pətəklərinə toxunmayıb.

Notr-Damda illərdir ki, 3 ədəd arı pətəyi yerləşir. Bu pətəklərə kilsənin din xadimləri nəzarət edirlər. Arıların heç bir ziyan çəkmədiyini onlar əsl möcüzə adlandırırlar.

Güclü yanğın Parisin ən əsas görməli yerlərindən birində aprelin 15-də baş verib. Nəticədə kilsənin günbəzi, saatları və damının böyük hissəsi dağılıb. Fransa prezidenti Emmanuel Makron Notr-Dam kilsəsinin beş il ərzində bərpa ediləcəyinə söz verib.

  DİGƏR XƏBƏRLƏR