O, dünyada ikinci ən varlı adamdır

Hazırda iş adamının sərəvti 100,61 milyard dollar təşkil edir

“Microsoft” şirkətinin sahibi Bill Qeytsin sərvəti son 20 ildə 100 milyard dolları keçib.Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu göstərici 1999-cu ildən sonra ilk dəfə artıb.

“Bu, “Microsoft” aksiyalarının dəyərinin artması nəticəsində baş tutub. Hazırda Qeytsin sərəvti 100,61 milyard dollardır” – deyə “Forbes” yazır.

Bununla da Qeyts dünyanın ən zənginləri arasında 153,2 milyard dollar varidata sahib olan “Amazon”-un yaradıcısı Cef Bezosdan sonra ikinci yeri tutub.

Xatırladaq ki, Bill Qeyts “Microsoft” şirkətini 1975-ci ildə Pol Allenlə birgə yaradıb.

  DİGƏR XƏBƏRLƏR