Qum birələri 10 yaşlı qızın ayaqlarını yedi

Braziliyada yaşayan 10 yaşlı qızın ayağını birələr yeyib.

Yenişafak.com-un məlumatına görə, həyətlərində, donuzlar saxlanılan tövləyə ayaqyalın girən uşağın dərisinə Tungiasis adlı bakterial infeksiya düşüb və az zamanda ayaqlarını bütövlükdə yoluxdurub.

Həkimlərin dediyinə görə, bu bakteriyalar eyni zamanda qum birələri kimi tanınır və dəridən qan əmdikcə sürətlə çoxalırlar. Braziliyalı qızın ayaqlarını uzun müalicələrdən sonra xilas etmək mümkün olub.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, qum birələri əsasən insanın ayaq barmaqlarında, daban və topuqlarında yuva salaraq çoxalırlar.

Bu birələrin çoxalması bütün bədəndə qaşınma, iltihablanma, ağrı və son nəticə olaraq çətin sağalan qorxunc yaraların yaranmasına səbəb olur.musavat

  DİGƏR XƏBƏRLƏR