Rusiya: harada gecələmək sərfəlidir?

“Aviasales” agentliyi Rusiyanın böyük şəhərlərində mehmanxana xərclərini araşdırıb. Novator.az-ın məlumatına görə, bir gecələmənin qiyməti üzrə ən ucuz otellərin Sankt-Peterburqda olduğu bilinib. Bu şəhərdə bir gecəlik mehmanxana xərci 513 rubldan başlayır (100 rubl 2 manat 70 qəpiyə yaxındır).

Araşdırmaya əsasən, Krasnoyarsk, Rostov-Don, Samara və Kazan şəhərlərinin mehmanxanalarında bir gecələməyə azı 600 rubl xərc çıxır.

Sonrakı yerlərdə Perm (bir gecələmə 640 rubl), Ufa (680 rubl), Çelyabinsk (700 rubl), Tümen (714 rubl), Moskva (799 rubl), Nijni Novqorod və Krasnodar (800 rubl) şəhərləri gəlir.

Yekaterinburqda bir günlük mehmanxana xərci 900 rubldan başlayır.

Omsk şəhərində göstərici 960 rubldur.

  DİGƏR XƏBƏRLƏR