“Sarı jiletlər” əl çəkmir: 31 min insan yenidən küçələrə axışdı

“Sarı jiletlər” etiraz aksiyasının 22-ci aktında 31 min nümayişçi iştirak edib.

Qafqaz Xəbər” qəzeti Axar.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Aksiyanın təşkilatçılarının hesablamalarına görə isə nümayişlərə 80 min 500 insan qatılıb. Aksiyalar zamanı polis ilə nümayişçilər arasında qarşıdurmalar da yaranıb. 22-ci aktda mərkəzi şəhər Tuluz olsa da, aksiyalar Paris və Nansidə də təşkil olunub.

  DİGƏR XƏBƏRLƏR