Şri-Lankada silsilə partlayışlarda ölənlərin sayı 310-a çatıb

Şri-Lankanın paytaxtı Kolomboda və Neqombo şəhərində 3 kilsə və 3 hoteldə, ardınca isə digər iki məkanda törədilmiş silsilə partlayışlar nəticəsində ölənlərin sayı 310-a çatıb. Təxminən 500 nəfər yaralı var.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu gecədən etibarən ölkədə fövqəladə vəziyyətin tətbiqinə başlanılıb. Aprelin 21-dən isə komendant saatı qüvvədədir.

Hadisə ilə bağlı 40 nəfərin saxlanıldığı bildirilir. Hələlik heç bir qrup məsuliyyəti öz üzərinə götürməsə də, hakimiyyət orqanları hücumlarda “Tövhid camaatı” qruplaşmasını ittiham edib.

  DİGƏR XƏBƏRLƏR