“Standartlaşdırma haqqında” yeni qanun layihəsi yenidən müzakirəyə çıxarılıb

Azərbaycanda “Standartlaşdırma haqqında” yeni qanun layihəsi yenidən Milli Məclisdə müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, yeni qanun layihəsi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.

Yeni qanun 5 fəsil və 26 maddədən ibarət olacaq. Qanun standartlaşdırmanın məqsəd və prinsiplərini, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbulu və tətbiqini, bu sahədə fəaliyyətin maliyyələşdirilməsi mənbələri və digər məsələləri müəyyən edir.

Qeyd edək ki, qanun layihəsi ötən il müzakirəyə çıxarılsa da, sonradan təxirə salınmışdı.

Qanun layihəsinin Milli Məclisin plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılması nəzərdə tutulur.

  DİGƏR XƏBƏRLƏR