Sumqayıtda qətl törədən şəxs saxlanılıb – RƏSMİ

Sumqayıt şəhərində qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, aprelin 24-də saat 21:00 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə Kimyaçılar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə məlumat daxil olub. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini S.Cəfərov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

  DİGƏR XƏBƏRLƏR