Trampın kürəkəni etiraf etdi: “Türkiyənin potensialını dəyərləndirə bilmədik”

ABŞ prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner ABŞ-Türkiyə münasibətləri ilə bağlı danışıb. O bildirib ki, ABŞ Türkiyənin potensialını dəyərləndirə bilmir.

Aznews.az xəbər verir ki, Kuşner Trampın layihələrindən söz açıb və bundan sonra Türkiyənin potensialını daha çox ortalığa çıxarmaq üçün çalışacaqlarını vurğulayıb.

“Vaşinqtonla Ankara arasındakı potensialın indiyə qədər kəşf edilmədiyinə görə təəccüblənirəm. ABŞ Türkiyənin potensialını dəyərləndirə bilmir. Fərqli sektorlarda yeni yollar, yeni ortaqlıqlar yaratmaq bizim işimiz olmalıdır. Onların potensialından faydalanmaq üçün daha çox iş birliyi qurmalıyıq”, – Cared Kuşner belə deyib.

  DİGƏR XƏBƏRLƏR