Türkiyə İraqın şimalında yeni əməliyyat keçirdi

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında yeni əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyat barədə Türkiyə Baş Qərargahı xəbər yayıb.

Qeyd edək ki, Türkiyə HHQ-nin növbəti əməliyyatı da PKK terrorçularına qarşı keçirilib. Məlumata görə, əməliyyatlar İraqın Metina və Zal rayonlarında baş tutub.

Məlumatda qeyd edilir ki, əməliyyat zamanı zərərsizləşdirilən terrorçulardan başqa, PKK-nın bir neçə dayaq məntəqəsi də məhv edilib.

  DİGƏR XƏBƏRLƏR