“16-cı mərtəbədəki evində hovuz, sauna, rus hamamı var”

Bu gün müğənni Xatirə İslam “Hər şey daxil” proqramında qonaq olub. “Qafqazinfo” xəbər verir ki, o, verilişə Əməkdar artist Vasif Məhərrəmli ilə birgə qatılıb.

Prodüser Tarix Əliyev (Tolik) canlı efirdə Xatirənin evindən söhbət açıb. Proqramın aparıcısı sənətçinin böyük bir mənzilə sahib olduğunu vurğulayıb:

“İstədim ki, bir dəfə evimdəki cakuzimi Xatirəyə göstərim. Bu vaxt Xatirə mənə dedi ki, bir dəqiqə dayan! O da evini göstərməyə başladı. 16-cı mərtəbədəki evində hovuz, sauna və rus hamamı var”.

  DİGƏR XƏBƏRLƏR