Afaq Aslan vergi borcundan danışdı – “Dubayda olarkən…”

Müğənni Afaq Aslanın vergi borcunu ödəməməsi və ölkədən çıxışına qadağa qoyuması xəbəri gündəmi zəbt edib.
Metbuat.az məsələ ilə bağlı Afaq Aslanla əlaqə saxlayıb və söz-söhbətlərin doğru olub-olmamasını soruşub.

Müğənni açıqlamasında bildirib ki, xəbərin mediaya kim tərəfildən sızdırılması ilə bağlı məlumatı yoxdur:
“Hadisə 1 həftə əvvəl baş verib. Dubayda istirahətdə olarkən vergidən mənə zəng gəldi və səfər uzandığı üçün ödəniş edə bilmədim. Böyük bir məbləğ deyildi. Sadəcə olaraq xəbərdarlıq olundu və mən qayıdan kimi həmin məbləği ödədim. Hazırda heç bir qadağam yoxdur”.

  DİGƏR XƏBƏRLƏR