Ali məktəbi bitirənlər niyə dövlət qulluğunda az təmsil olunur?

Ölkəmizdə ən çox müşahidə etdiyimiz hallardan biri ali məktəbi bitirən milyonlarla gəncdən dövlət işlərində sayının az olmasıdır.Yəni ətrafımızda kifayət qədər ali məktəbləri bitirib və buna görə də diplomla mükafatlanan , amma aldığı savad, biliyə görə yox, başqa işlərlə məşğul olan gənclər çox görürük.
“Qafqaz Xəbər” qəzeti  xəbər verir ki, Modern.az bu məsələnin başlıca səbəblərini araşdırmaq üçün sosioloq Sahib Məmmədov və sosioloq Əhməd Qəşəmoğlunun fikirlərinin öyrənib.
Sahib Məmmədov bu haqda test sisteminin təsirini vurğulayıb:
 “Əgər söhbət dövlət qulluğu və dövlət qulluğunun xüsusi formalarından gedirsə, məslən,  hüquq mühafizə orqanları kimi yerlərdə  sırf ixtisas tələb edən peşələr olur. Bəzilərində isə yalnız dövlət qulluğunda, ali təhsil tələb olunur. Belə hallarda məsələn, bir nəfər ADPU-nu bitirib və gəlib dövlət qulluğunda hansısa bir nazirlikdə imtahan verir və  qəbul olub orda işləyir. Digər bir səbəb odur ki, ümumiyyətlə problem seçim məsələsində olur, yəni abituriyentin topladığı bala uyğun olaraq o yalnız qrupu seçir. Qrupun içində isə topladığı bala uyğun olaraq hər bir ixtisas düşə bilir, yəni hüquqşünas olmaq istəyən, elə olur ki, tarixçi olur. Test sistemini ilə olan bu qəbul prossesi nəticəsində abituriyent arzu etdiyi ixtisası yox, məcbur başqa ixtisasa yönəlir. Bu da öz növbəsində onun gələcək kareyerasına mənfi təsir göstərir. Səbələrdən biri də  iş yerlərinin azlığı ilə əlaqədardır”.
Sosioloq Əhməd Qəşəmoğlu isə ali məktəblərin verdiyi diplomu təhsil haqqının qəbzi adlandırıb:
“Mən ali məktəblərdəki dərs proseslərindən xəbərdaram. Mən tez-tez deyirəm ki, bizim ali məktəblərdə təəssüf ki, təhsil arzu olunan səviyyədə deyil, yəni ali məktəblərin bir çoxunun verdiyi diplom ali savad diplomu deyil, bu  təhsil haqqı qəbzinin ödənişidir. Bilirsiniz niyə belədir, çünki abituriyentlər test üsulu ilə qəbul olurlar və bir çoxuda arzu etmədiyi ixtisası oxumalı olur”.
Sosioloqumuz bəzi tələbələrin oxumaqla iş olmayacaq fikrinə düşdüklərini də bildirib:
Digər bir səbəb odurki, tələbələrdən soruşanda ki, yüksək balla qəbul olmusunuz universitetə, bəs niyə oxumursunuz? Onların əksəriyyəti deyir ki, oxumaqla nə olacaq ki. Yəni tələbələrin bəziləri bu fikirdədir ki, işə düzəlmək tək oxumaqla olmur. Bir tərəfdən də mütəxəssislərin səviyyəsi arzu olunan deyil. Paytaxtımızda xeyli iş axtaran var, digər tərəfdə də bundan çox işçi axtaran var, amma biri, o birinə uyğun deyil. İşçi axtaran yüksək səviyyəli mütəxəssis axtarır ki, onun işini rahat şəkildə apara bilsin. Dövlət strukturu elə qurub ki, həm yüksək savad, həmdə qabiliyyətli olanları işə götürür. Əlavə olaraq onuda deyim ki, tələbələrdə belə bir məlumat da vardır ki, savad, qabiliyyət olsa belə, onlarda belə bir fikir formalaşıb ki, onlar bəzi işlərə girə bilməzlər, buda onlarda ruh düşkünlüyü yardır. Buna görə də gənclər univertitetlərdə verilən təhsili önəmli saymırlar.

  DİGƏR XƏBƏRLƏR