Almaniya 565 deportasiya olunmuş şəxsi 23 reyslə Əfqanıstana göndərib

2016-cı ilin sonundan bəri Almaniyanın hakimiyyət orqanları tərəfindən sığınacaq hüququndan imtina edilən Əfqanıstan vətəndaşlarının sayı 565 nəfərə çatıb. “İmtina olunan”ların növbəti qrupu tezliklə öz vətənlərinə göndəriləcək.

AZƏRTAC xəbər verir ki, Almaniya Əfqanıstana cəmi 23 təyyarə göndərib. Deportasiya olunan şəxslər vətənə gələndən sonra onların hərəsinə 150 avro verilib.

Beynəlxalq təşkilatlar AFR-in öz üzərinə götürdüyü öhdəliyi pozması ilə müşayiət olunan bu cür “geri qaytarma” praktikasına görə onu tənqid edirlər.

  DİGƏR XƏBƏRLƏR