Atalarımız onu da deyib, bunu da – Hansına İnanaq?!

Atalar sözləri çətin vəziyyətlərdə fikrimizə dayaq olub, vacib bir təcrübə kimi əlimizdən tutub. Əsrlərlə yol gələn bu sözlərin hikməti qeydsiz-şərtsiz qəbul olunur. Bəzənsə mənaca bir-birinə əks olan bu hikmətlər tamamən əks situasiyada köməyimizə çatır. Müdriklər hər iki vəziyyəti nəzərə alıb – hansı sərf edirsə, götür işlət.

Kulis.az ikili standartlı atalar sözlərini təqdim edir.

Çayı keçənə qədər erməniyə dayı deyərəm – Keçmə namərd körpüsündən qoy yesin aslan səni

 

Image result for köprü

 

Ən böyük biclik düzlükdür – Düz düzdə qalar

 

Image result for düzlük

 

Atan soğan, anan sarımsaq, sən haradan oldun gülməşəkər?  – Atamla atanı deyincə özümlə özünü de

 

Image result for ata və oğul

 

Yüz ölç, bir biç – Ağıllı fikirləşincə dəli vurub çay keçər

 

Image result for ölçmək

 

El ağzına baxan arvadını tez boşar  – Elin gözü tərəzinin gözü.

 

Image result for boşanmaq

 

Saqqal feyz olsaydı, keçi şeyxlik edərdi – Saqqalım yoxdu, sözüm ötmür.

 

Image result for saqqal

 

Ot kökü üstə bitər – Oddan kül törəyər

 

Image result for od və kül

 

Qoçun buynuzu qoça ağırlıq eləməz – Srkə nə qədər tünd olsa öz qabını çatladar

 

Image result for Qoç buynuzu

 

Ağıl yaşda deyil, başdadır – Allahsız yerdə otur böyüksüz yerdə oturma

 

Image result for zeka

 

İt qursağı yağ götürməz – İtə bax qarpız yeyir, tumunu da çırtlayır

 

Image result for karpuz yeyen it

 

Gədədən bəy olmaz, küllükdən təpə – Bəyirdi bəy oldu

 

Image result for egoist adam

 

Qırxında oynayan gorunda çalar – Qəbir evinəcən öyrən

 

Image result for zurna çalan

 

 

 

 

 

  DİGƏR XƏBƏRLƏR