Avropa Şurası Rusiyanın səsvermə hüququnu bərpa edib

Avropa Şurası Rusiyanın səsvermə hüququnu bərpa edib.
ONA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, bu gün Avropa Şurası Nazirlər Komitəsinin Helsinkidə keçirilən iclasında 47 ölkənin xarici işlər nazirləri “bütün üzvlərin Şuranın iki əsas orqanında “bərabər əsasda” iştirak etmək haqqında” deklarasiyaya yekdilliklə səs veriblər.
Artıq Rusiya səsvermə proseslərində iştirak etmək üçün öz nümayəndə heyətini qeydiyyatdan keçirməlidir.
Xatırladaq ki, Avropa Şurası 2014-cü ildə Krım yarımadasının ilhaqından sonra Rusiyanın səs vermə haqqını dondurmuşdu. 1996-cı ildən quruma üzv olan Rusiya isə buna etiraz olaraq quruma üzvlük haqlarını ödəməyi dayandırmış, rusiyalı deputatlar isə Avropa Şurasını tamamilə tərk edəcəklərini bildirmişdilər.

  DİGƏR XƏBƏRLƏR