Avtobuslarda kondisionerlər nə vaxt işləyəcək? – VİDEO

Hava şəraitinin son günlər istiləşməsi sərnişinlər üçün çətinlik yaradıb. Səbəb avtobuslarda kondisioner sisteminin işə salınmamasıdır.

Xezerxeber.az-ın məlumatına görə, sərnişinlər sürücülərdən kondisionerləri qoşmağı tələb etsələr də onların bu istəyi nəticəsiz qalır. Sürücülər şirkət tərəfindən onlara kondisioner sistemini qoşmamaqları ilə bağlı tapşırıq verildiyini bildiriblər.

Məsələ ilə bağlı bəzi daşıyıcı şirkətlərlə əlaqə saxladıq. Məlum oldu ki, bu gündən bəzi şirkətlər öz avtobuslarında kondisioner sisteminin qoşulması ilə bağlı sürücülərə tapşırıq veriblər.

Bu arada, Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev ”Xəzər Xəbər”ə bildirdi ki, yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq daşıyıcı şirkətlərə avtobuslarda sərinləndirmə sisteminin işə salınması ilə bağlı göstəriş verilib.

“Baku Bus” avtobuslarında isə artıq bu gündən kondisioner sistemi işə salınıb.

  DİGƏR XƏBƏRLƏR