Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 22-də 74,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,66 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,6 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,48 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,92 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 71,83 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,72 dollar/barel azdır.

  DİGƏR XƏBƏRLƏR