Bakıda gürcü qadın gürcü sevgilisi tərəfindən vəhşicəsinə döyüldü – Polis hərəkətə keçdi

Bakıda yaşayan gürcü ailəsində münaqişə baş verib.

XəzərXəbər xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.

Belə ki, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında kirayədə yaşayan Gürcüstan vətəndaşı, 1991-ci il təvəllüdlü Nanuli Janelidze polisə şikayət edib.

Qadın Səbail rayon Polis İdarəsi 41-ci polis bölməsinə şikayətində bildirib ki, ötən gün səhər saat 6 radələrində qeyri-rəsmi yaşadığı 1975-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı George Merabişvili tərəfindən vəhşicəsinə döyülüb. Nəticədə o, aır xəsarət alıb.

Hadisə ilə bağlı 41-ci polis bölməsində araşdırmalara başlanılıb.

  DİGƏR XƏBƏRLƏR