Bakıda qalib gəlsələr, balı 7.5 olacaq – Hazard danışdı

“Çelsi”nin futbolçusu Eden Hazard bu mövsümü dəyərləndirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu mövsüm Premyer Liqada 3-cü olan belçikalı yarımmüdafiəçi deyib: “Mövsüm ərzində “Mançester Siti” və “Liverpul” bizdən daha yaxşı idi. Gələcək mövsüm onlarla rəqabət aparmaq istəyiriksə, öz oyunumuzu oynamalıyıq. Bu mövsümü kubokla başa vurmaq istəyirik. Bakıya buna görə gedəcəyik. Qələbə qazansaq, bizim üçün yaxşı mövsüm olacaq. İndi 10 ballıq sistemlə özümüzə 6.5 bal verərəm. Bakıda qalib gəlsək, bu rəqəm 7.5-ə yüksələ bilər”.

Qeyd edək ki, “Çelsi” Avroliqanın finalında mayın 29-u Bakı Olimpiya Stadionunda “Arsenal”la qarşılaşacaq.

  DİGƏR XƏBƏRLƏR