Bakıdakı dəhşətli qəza ilə bağlı bəzi məqamlar üzə çıxdı – Yaralananlar nazirliyin işçiləridir

Dünən saat 13 radələrində Qaradağ rayonunda təcili tibbi yardım avtomobilinin düşdüyü dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
“Qafqaz Xəbər” qəzeti  publika.az-a istinadən xəbər verir ki, Ələt qəsəbəsi yaxınlığında sürücünün idarəetməsindən çıxaraq işıq dirəyinə çırpılan “Mercedes” markalı təcili yardım avtomobili Səhiyyə Nazirliyi Qaradağ Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə məxsus olub.
Avtomobildə olan şəxslərin hamısı həmin mərkəzin işçiləri olub. Qəza zamanı hadisəni törədən mərkəzin sürücüsü, demək olar ki, ciddi xəsarət almayıb. Lakin mərkəzin əməkdaşları 1963-cü il təvəllüdlü Səhər Haqvediyeva, 1962-ci il təvəllüdlü Xanım Zərbəliyeva və 1995-ci il təvəllüdlü Sibel Məmmədli müxtəlif xəsarətlərlə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
Yaralılar arasında Sibel Məmmədlinin vəziyyətinin çox ağır olduğu, həkimlərin onu həyatda saxlamaq üçün çalışdığı bildirilir. Belə ki, hadisədə 24 yaşlı Sibelin hər iki ayağı bud nahiyədən qırılıb. Onda, həmçinin açıq kəll-beyin travması diaqnozu, daxili orqanların zədələnməsi və digər birləşmiş travmalar təyin edilib.

  DİGƏR XƏBƏRLƏR