Braziliyalı qadın özünə ərə gedəcək

Braziliya sakini Cussara Dutra Kotu ölkədə özünə ərə gedəcək ilk qadın olacaq.

“Qafqazinfo” “Estado de Minas” dərgisinə istinadən xəbər verir ki, məclis bazar günü Braziliyanın şərqində yerləşən Belu-Orizonti şəhərində baş tutacaq və 38 yaşlı qadının sosial şəbəkə hesabları vasitəsi ilə canlı yayımlanacaq.

Braziliyada bu növ nikahlar rəsmi şəkildə qeydiyyata alınmasa da, Kotu planlaşdırır ki, bazar günü onu çadıra 21 yaşlı qızı gətirəcək, məclisi isə rəfiqəsi idarə edəcək. Ənənəvi toy adətlərindən isə çoxmərtəbəli tortun kəsilməsi mərasimi olacaq.

  DİGƏR XƏBƏRLƏR