Bu il orta məktəblərin XI sinfini 82 782 şagird bitirəcək

Bu il ölkənin ümumi təhsil müəssisələrinin XI sinfini 82 782 şagird bitirəcək.

Bu barədə ONA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

2019-2020-ci tədris ili üzrə ölkənin ümumtəhsil məktəblərinin I sinfinə 164 234 şagirdin gedəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. İyunun 14-də ölkənin bütün ümumtəhsil məktəblərində “Son zəng” çalınacaq.

  DİGƏR XƏBƏRLƏR