Bu telefonlarda “WhatsApp” işləməyəcək – XƏBƏRDARLIQ

iOS 7 və Android 2.3.5 və daha köhnə əməliyyat sistemlərində “WhatsApp” sosial şəbəkəsi işləməcək.

Musavat.com axşam.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi məlumatında deyilir.

Bildirilir ki, 2020-ci ilin fevralından “iPhone” (ilk telefonlar), “iPhone 3G”, “iPhone 3G S”, “iPhone 4” və “iPhone 4S” telefonlarında söhbətləşmə platforması deaktiv olacaq.

Qeyd edək ki, “WhatsApp” 2016-ci ildə “Nokia” və “BlackBerry” telefonlarında da fəaliyyətini dayandırıb.Axşam.az

  DİGƏR XƏBƏRLƏR