Cəzbedici gözəl estetik əməliyyatla görün nə günə düşdü? – VİDEO

“Youtube” ulduzu və bloqqer Kassidy Valentin estetik əməliyyatından sonra tanınmaz hala gəlib.

21 yaşlı fenomen Kassidy “Youtube” kanalında 300 min abunəyə sahibdir. Fenomen kamera qarşısında özünə inamsız olduğunu göstərən bir bloq yayımlayıb.

Daha sonra ona pulsuz dodaq dolğusu təklif edən bir klinika ilə əlaqə saxlayıb.

Təklifi qəbul edən bloqqer izləyicilərini təsir etməmək üçün prosesi ödəniş edərək həyata keçirib. Amma əməliyyat mütəxəssis həkim tərəfindən deyil, bir gözəllik mütəxəssisi tərəfindən edilib. Əməliyyatdan sonra qadının dofaqları şişməyə və göyərməyə başlayıb. Gözəllik mərkəzi fenomenin narahatlığının qarşısını almaq üçün dərman təklif edib. Amma bu klinikaya güvənməyən Kassidy başqa klinikayla əlaqə saxlayıb. Bu klinikada ona bir arterial damarın tıxandığını və bu səbəblə nəbzini itirdiyi bildirilib.

Burada təcili müalicə olunan gənc qadın yaşadıqları ilə bağlı “Əgər ikinci klinika ilə əlaqə saxlamasaydım dodaqlarımı və ruh sağlamlığımı itirəcəkdim. Fenomenlərin istifadə etdiklərinə hər zaman güvənməyin. Onlar adətən sadəcə ödənişsiz olduğu üçün belə şeyləri qəbul edirlər. Bu bəzən təhlükəli ola bilər” deyib./metbuat.az

  DİGƏR XƏBƏRLƏR