Ceyranbatan su kanalında balıqlar kütləvi tələf olub, ərazini üfunət bürüyüb – VİDEO

Sumqayıtda balıqların kütləvi şəkildə tələf olması ətrafda yaşayan sakinlərin təşvişinə səbəb olub. Əraziyə yayılan pis qoxu evlərə də dolub.

Xezerxeber.az-ın məlumatına görə, yüzlərlə balıq ölərək suyun üzünə çıxıb. Ərazini üfunət bürüyüb.

Sumqayıt şəhəri ərazisində yerləşən Ceyranbatan su kanalında balıqların kütləvi tələfatı qeydə alınıb. Su kanalında balıqların kütləvi tələf olması və ölü balıqların günlərlə qalması ətrafı çirkaba çevirib. Ətrafda yaşayanlar gələn iydən narahatdır.

Sakinlər deyirlər ki, balıqların kütləvi ölümü hər il baş verir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi departamentinin direktor əvəzi Mehman Axundov bildirib ki, kanalda suyun həcmi azalıb, bu da suda həll olunmuş oksigenin miqdarının azalmasına və balıqların tələf olmasına səbəb olub.

  DİGƏR XƏBƏRLƏR