Dünyada ən çox jurnalistin öldürülüyü Əfqanıstanda daha bir qətl

Əfqanıstan son illər dünyada ən çox jurnalistin öldürüldüyü ölkə hesab olunur. Belə ki, bu ölkədə növbəti dəfə bir media nümayəndəsinə qəsd edilib. Qadın jurnalist Mina Manqal qətlə yetirilib. Bu barədə ölkənin ATN kanalı məlumat yayıb. Daha əvvəl jurnalist kimi çalışmış, Əfqanıstan parlamentində mədəniyyət müşaviri vəzifəsində işləyən Manqal səhər saatlarında paytaxt Kabildə işə gedərkən silahlı hücuma məruz qalıb və həyatını itirib.  Hadisənin kim tərəfindən törədildiyi və motivi bilinmir. Qeyd edək ki, dünyanın əksər ölkələrində jurnalistlərin həbsi və öldürülməsi halları baş verir.

Jurnalistlərin Müdafiəsi Komitəsi  tərəfindən hazırlanan hesabata görə, jurnalistlər arasında sui-qəsd və şübhəli ölümlərin sayı olduqca yüksəkdir. 2009-cu ildən 2019-cu ilə qədər olan 10 illik dövrdə dünyada 869 jurnalist həyatını itirib.

Şübhəsiz ki, bu adların ən yaddaqalanı  İstanbulda Səudiyyə Konsulluğunda öldürülən “Vaşinqton Post”un müxbiri Camal Kaşıkçı idi. Cinayət Türkiyə və Səudiyyə Ərəbistanı arasında bir diplomatik böhrana  da yol açmış və beynəlxalq səviyyədə qınanmışdı.

Ä°lgili resim

Ötən ay Şimali İrlandiya polisi Londonderri şəhərində iğtişaş zamanı jurnalist Lyra McKee-ni güllələyərək öldürmüşdü.

Statistikaya görə isə,  jurnalistlər üçün ən təhlükəli ölkələrdən biri ötən il 16 jurnalistin  öldürüldüyü Əfqanıstandır. Bu ölkənin paytaxtı Kabildə bombalı hücum nəticəsində tək bir hadisədə 9 jurnalist həyatını itirmişdi. Jurnalist cildəinə girən canlı bomba media nümayəndələrinin arasına girərək üzərindəki partlayıcını işə salmışdıq. Əfqanıstanın Şərqində BBC-nin müxbiri işləyən Ahmed Şah da bu partlayış nəticəsində dünyasını dəyişmişdi.

Mina Mangal ile ilgili görsel sonucu

Ötən il ABŞ-da da jurnalist ölümləri baş verib. Belə ki, Maryland-də yerləşən “Capital Gazette”in ofisinə təşkil edilən hücumda 5 jurnalist həyatını itirmişdi. Jurnalist təşkilatlarının açıqlamalarına görə, korrupsiya və cinayət faktları  ölümcül hadisələrin mühüm elementləridir, bütün bunlar jurnalistikaya qarşı düşmənçiliyi  artırır.

Komitənin məlumatına görə, ötən ildə ən az 251 jurnalist həbs olunub. Çin, Misir və Səudiyyə Ərəbistanı, 2018-ci ildə keçən ilə nəzərən daha çox jurnalisti həbsə atsa da bu sahədə Türkiyə hələ dünyada lider mövqeyində. Dünyada həbsdə olan jurnalistlərin yarıdan çoxu isə Türkiyə, Çin və Misirdədir. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 191 Türk jurnalisti 3 Mayda azadlıqdan məhrum edildi.

Azərbaycanda isə müxtəlif illərdə “Monitor” jurnalının təsisçisi və redaktoru Elmar Hüseynov , yazıçı Rafiq Tağı və  jurnalist Rasim Əliyevin qətl edilib

Nərgiz LİFTİYEVA

  DİGƏR XƏBƏRLƏR